Moskva Kiyevin atəşkəs təklifinə münasibət bildirib: Əsas şərtlər nədir? – ÖZƏL
15:03 DünyaMoskva Kiyevin atəşkəs təklifinə münasibət bildirib: Əsas şərtlər nədir? - ÖZƏL
Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin şərtsiz atəşkəs və diplomatik həllə hazır olması barədə bəyanatını şərh edib. Peskov bildirib ki, həm cəbhədə, həm də iqtisadiyyatda Ukrayna üçün vəziyyət gündən-günə pisləşir və bu meyil davam edəcək.
Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya müvəqqəti atəşkəsin deyil, uzunmüddətli və daimi sülhün tərəfdarıdır. O qeyd edib ki, Kiyev davamlı sülhə nail olmaq üçün hansı qərarları qəbul etməli olduğunu yaxşı bilir və Rusiya qoşunlarının hücumu fonunda ukraynalıların qərar vermək imkanları getdikcə məhdudlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31