ABŞ Qrenlandiyada Soyuq müharibə dövrünə aid hərbi bazasının fəaliyyətini bərpa edir – ÖZƏL
13:02 DünyaABŞ, Danimarka və Qrenlandiya Arktika və Şimali Atlantikada təhlükəsizliyin möhkəmləndirilməsinə dair yeni saziş imzalayacaqlar.
Olaylar.az xəbər verir ki, "Reuters" agentliyinin verdiyi məlumata görə, müqavilə çərçivəsində ABŞ Qrenlandiyanın cənubunda yerləşən və 1950-ci illərdə bağlanan "Bluie West One" (Narsarsuaq) hərbi bazasının fəaliyyətini bərpa etməyi, həmçinin şərq sahilindəki Mestersviq bazasında hərbi kontingent yerləşdirməyi planlaşdırır. Donald Trampın bəyan etdiyi müddətsiz razılaşmaya əsasən, Vaşinqton heç bir maliyyə xərci çəkmədən adanın təhlükəsizliyinə nəzarət hüququ əldə edir və Pentaqon yaxın vaxtlarda bölgəyə iri hərbi qüvvələr yerləşdirməyə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31