Belarusda səfərbərlik hazırlığı yoxlanılıacaq - Lukaşenko
20:20 DünyaBelarus ordusunda yoxlamalar davam etdiriləcək, o cümlədən səfərbərlik hazırlığının yoxlanılması planlaşdırılır.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko cümə günü Brest vilayətindəki "Obuz-Lesnovski" ümumqoşun poliqonunda jurnalistlərə açıqlamasında bildirib.
"Mən artıq sadə dildə demişəm: ordunu silkələmək lazımdır, bunun vaxtı çatıb. Bütün ordunu. Hamını yoxlayacağıq. Səfərbərliyə qədər", - deyə dövlət agentliyi BelTA Lukaşenkonun sözlərini sitat gətirib.
Belarus Prezidenti hazırda onun tapşırığı ilə artilleriya briqadasının yoxlanıldığını, bundan əvvəl isə tank və motoatıcı bölmələrin yoxlanıldığını xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31