Tehran yenə Hörmüzü tam qapadacağını deyir
10:50 DünyaVaşinqtonun Tehrana iqtisadi təzyiqi İran ordusu tərəfindən Hörmüz boğazının tamamilə blokadasına gətirib çıxara bilər. Musavat.com xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi X hesabında yazıb: "Son günlərdə Vaşinqton yeni İran raketləri ilə bağlı açıq bir xəbərdarlıq alıb. İqtisadi müharibə Fars körfəzindən blokada perimetrinə qədər dəniz təcrid zonası ilə qarşılanacaq. Amerika gəmiləri və bazalarına qarşı əməliyyat strategiyası kökündən yenidən nəzərdən keçirilib".
Dünən İran Xarici İşlər Nazirliyi bildirib ki, Tehranın ABŞ-ın tətbiq etdiyi dəniz blokadası və sanksiyaları qarşısında öz maraqlarını qorumaq üçün tədbirlər görmək kimi qanuni hüququ var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31