Si Cinpin ŞƏT-i "Böyük İpək Yolu" layihəsinin prioritet istiqaməti adlandırıb – ÖZƏL
14:27 DünyaOlaylar.az xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin "ŞƏT+" formatında keçirilən iclasda Pekinin Şanxay Əməkdaşlıq Təşkilatını "Böyük İpək Yolu" (Bir kəmər, bir yol) və Qlobal İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində prioritet platforma kimi gördüyünü bildirib. Çin lideri təşkilatın Avrasiya qitəsində təhlükəsizlik, inkişaf və firavanlığın əsas hərəkətverici qüvvəsinə çevrilməsi üçün bütün tərəflərlə birgə işləməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Hindistan istisna olmaqla, ŞƏT-in demək olar ki, bütün üzvləri bu təşəbbüsü dəstəkləyir. Layihə çərçivəsində yükdaşımaların İran üzərindən Ermənistana, oradan isə Qara dəniz hövzəsi ölkələrinə çatdırılması imkanları da nəzərdən keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31