Si Cinpin: Dünyanın üzərində hələ də “müharibə dumanı” hökm sürür- ÖZƏL

Çin Prezidenti Si Cinpin dünyanın hələ də "müharibə dumanı" içində olduğunu bildirib. Olaylar.az xəbər verir ki, CCTV-nin məlumatına görə, Si Cinpin bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı danışıb.
Çin lideri qeyd edib ki, beynəlxalq təhlükəsizlik mühiti mürəkkəb olaraq qalır və dünyada sabitliklə bağlı ciddi çağırışlar mövcuddur. Si Cinpin ölkələri qarşılıqlı etimadı gücləndirməyə, həmrəyliyi artırmağa və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31