Gürcüstanda əmlak vergisi limiti artırılır: Vətəndaşlar üçün mühüm güzəşt – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanda fiziki şəxslər üçün əmlak vergisinin ödənilməsini tələb edən gəlir həddinin artırılması planlaşdırılır. Parliamentin çoxluq lideri İrakli Kirtsxaliyanın bildirdiyə görə, Maliyyə-büdcə komitəsi Maliyyə Nazirliyi ilə birgə bu dəyişiklik üzərində fəal iş aparır.

Yeni qərar əmlak vergisindən azad olunan gəlir limitinin yüksəldilməsini nəzərdə tutur. İrakli Kirtsxaliya vurğulayıb ki, bu addım hər bir vətəndaşın rifahına çox müsbət təsir göstərəcək və cəmiyyət üçün mühüm bir güzəşt olacaq.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, illik ailə gəliri 40 000 larini keçən fiziki şəxslər əmlak vergisi ödəmək öhdəliyi daşıyırlar. Gəlir həddinin qaldırılması ilə daha çox vətəndaş bu vergi yükündən azad ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31