Yunanıstan və İspaniya Ukraynaya hərbi yardıma görə Aİ-nin təzyiqi ilə üzləşə bilər – ÖZƏL
12:43 DünyaOlaylar.az xəbər verir ki, "Politico" nəşrinin Avropa İttifaqı diplomatlarına istinadən verdiyi məlumata görə, Yunanıstan və İspaniya Ukraynaya kifayət qədər hərbi yardım göstərmədikləri üçün Aİ tərəfindən tənqid və təzyiqlərlə qarşılaşa bilərlər. Bildirilir ki, Kiyevə kifayət qədər raket-tutan (hava hücumundan müdafiə) vasitələri verməyən bu ölkələrə Aİ xarici işlər və müdafiə nazirlərinin bu həftə İrlandiyada keçirilməsi planlaşdırılan görüşlərində xüsusi təzyiq olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31