Çin ÜİF-dən region ölkələri ilə əməkdaşlığı genişləndirmək üçün istifadə edəcək- ÖZƏL

Çin Şərq İqtisadi Forumundan (ÜİF) region ölkələri ilə əməkdaşlığı gücləndirmək, qarşılıqlı etimadı artırmaq və əlaqələri genişləndirmək üçün istifadə etməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qoo Ciakun brifinqdə bildirib. Onun sözlərinə görə, Pekin forum çərçivəsində Rusiya ilə əldə olunan razılaşmaların həyata keçirilməsinə və Çin-Rusiya strateji tərəfdaşlığının inkişafına töhfə verməyə çalışacaq.
Qoo Ciakun əlavə edib ki, Çin bütün tərəflərlə açıq əməkdaşlığı genişləndirərək regionun birgə inkişafına və xalqların rifahına töhfə vermək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31