Robert Koçaryanın düşərgəsi onun həbsini geosiyasi sifariş adlandırıb – ÖZƏL
12:13 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan eks-prezidentin dördüncü dəfə həbs olunmasını sırf geosiyasi proseslər və Bakının tələblərinin icrası ilə əlaqələndirib. (?) O, Koçaryanın istintaq təcridxanasından göndərdiyi mesajı oxuyub. Bəyanatda hakimiyyətin cinayət təqibi absurd adlandırılıb, habelə Baş nazir Nikol Paşinyanın daxili qorxularına görə məhkəmə-hüquq sistemindən istifadə etdiyi və cəmiyyətdə qorxu mühiti yaradaraq ölkənin milli maraqlarını güzəştə getdiyi iddia olunub.
Parlamentin "Ermənistan" müxalifət fraksiyasının rəhbəri Anna Qriqoryan da həbsin hüquqi əsası olmadığını və əsas müxalifətçini neytrallaşdırmaq məqsədi daşıyan siyasi qərar olduğunu bildirib.
Xatırladaq ki, avqustun 25-də saxlanılan Robert Koçaryan və oğlu Sedrak Koçaryan barəsində avqustun 27-də Anti-Korrupsiya Məhkəməsi tərəfindən qanunsuz əmlak mənimsəmə ittihamı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.