ABŞ-ın İranda tez bir zamanda hərbi qələbə qazanması ehtimalı azdır-ÖZƏL

ABŞ-ın İran üzərində qısa müddətdə hərbi qələbə qazanması ehtimalı azdır. Olaylar.az xəbər verir ki, "The New York Times" yazır ki, ABŞ-ın hava zərbələri Vaşinqtonun məqsədlərinə tam çatmasına imkan verməyib. Tramp administrasiyası hazırda dəniz blokadası və iqtisadi sanksiyalara üstünlük verir.
Nəşrin məlumatına görə, ABŞ hərbi rəhbərliyi artıq tez qələbədən danışmır və İrana aylarla, hətta daha uzun müddət təzyiq göstəriləcək kampaniyaya hazırlaşır.
Pentaqonun keçmiş rəsmisi Tomas Manken isə bildirib ki, Hörmüz boğazının açılması üçün quru əməliyyatları tələb oluna bilər. Lakin NYT belə bir əməliyyatın ABŞ üçün böyük insan və maliyyə itkisi ilə nəticələnə biləcəyini qeyd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31