Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi
15:38 DünyaQara dənizdə azərbaycanlıların olduğu Palau bayrağı altında üzən "Svetoslava" yük gəmisi su almağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Türkiyənin Kastamonu vilayəti sahillərində baş verib. Gəmidəki 13 ekipaj üzvü, o cümlədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib. Türkiyə Sahil Mühafizəsinin iki gəmisi və bir kateri hadisə yerinə göndərilib. Ekipaj üzvləri xilasetmə qayığı ilə sahilə çıxarılaraq İnebolu Dövlət Xəstəxanasına aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31