Starlink şirkəti BƏƏ-də peyk interneti təmin etmək üçün lisenziya alıb- ÖZƏL

BƏƏ-nin Telekommunikasiya və Rəqəmsal Tənzimləmə Orqanı (TDRA) Starlink-ə peyk rabitəsi lisenziyasının verildiyini elan etdi. Olaylar.az xəbər verir ki, bu barədə Khaleej Times qəzeti məlumat verib .
Şirkətdən verilən məlumata görə, lisenziya 10 il müddətinə verilib. Qeyd olunur ki, şirkət BƏƏ-də ictimai peyk rabitə şəbəkəsi yarada, işlədə və idarə edə, həmçinin peyk internet xidmətləri göstərə biləcək. Starlink interneti hüquqi şəxslər, dövlət qurumları və fiziki şəxslər üçün əlçatan olacaq. Peyk interneti həmçinin dənizçilik və aviasiya sənayesi üçün də təmin ediləcək.
Starlink, 2002-ci ildə Elon Musk tərəfindən qurulan SpaceX tərəfindən hazırlanmış qlobal peyk rabitə sistemi layihəsidir. Starlink sistemi, 500 kq-a qədər çəkisi olan çox sayda kiçik peyki aşağı Yer orbitinə yerləşdirməklə dünya miqyasında istifadəçilərə internet çıxışı təmin etmək üçün hazırlanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31