Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı
12:08 DünyaAmerikalı müğənni Beyons Kolumbiyada baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə bir milyon dollar ianə edəcək.
Bu barədə "Variety" nəşri müğənninin şirkəti olan "Parkwood Entertainment"in bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, ianə zəlzələdən ən çox zərər çəkmiş əraziləri ərzaq və zəruri ləvazimatlarla təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, 10 avqustda Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. (Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31