Tokayev parlamenti 16 yaşdan kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsini nəzərdən keçirməyə çağırıb- ÖZƏL

Qazaxıstanın birpalatalı parlamentinin (Kurultai) deputatları 16 yaşdan kiçik uşaqların sosial mediada qeydiyyatdan keçməsini qadağan edən qanun layihəsinin nəzərdən keçirilməsinə prioritet verməlidirlər. Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.
O, Qazaxıstan hökumətinin əvvəllər də oxşar təşəbbüs irəli sürdüyünü xatırladıb. "Mən bu təşəbbüsü dəstəkləyirəm. Hesab edirəm ki, bu məsələ prioritet kimi nəzərdən keçirilməlidir", - deyə o, Kurultayin birinci sessiyasının açılışında bildirib.
Tokayev qeyd edib ki, "Biz gənc nəsil üçün rahat və ən əsası təhlükəsiz mühit üçün əlverişli şərait yaratmağa borcluyuq." O əlavə edib ki, 16 yaşdan kiçik şəxslər üçün sosial medianı qadağan edən qanun layihəsi qəbul edilərkən onun tətbiqi üçün bütün mexanizmlər hazırlanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31