Avropa Komissiyası uşaqların sosial mediadan istifadəsinə qoyulan məhdudiyyətləri yumşalda bilər- ÖZƏL

Avropa Komissiyası yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə dair hazırlanan qaydaları yenidən nəzərdən keçirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, "Politico"nun məlumatına görə, buna potensial məhkəmə iddiaları və Aİ ölkələri arasında yanaşma fərqləri səbəb olub.
Yeni təklifə əsasən, uşaqların valideynlərinin razılığı ilə sosial media platformalarından istifadə etməsinə icazə verilə bilər. Aİ ölkələrində bu məsələ ilə bağlı vahid yanaşma yoxdur. Fransa 15, Almaniya 13, Avstriya 14, İspaniya isə 16 yaşdan kiçik yeniyetmələr üçün sosial mediaya məhdudiyyətlərin tətbiqini təklif edir.
Avropa Komissiyası hesab edir ki, qaydaların daha çevik olması həm valideynlərin seçim imkanlarını qoruyar, həm də fundamental hüquqların pozulması riskini azaldar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31