Zaxarova Britaniyanın baş nazir seçkilərini “demokratiya” adlandırılan zarafat kimi qiymətləndirib- ÖZƏL

Rusiya XİN sözçüsü Mariya Zaxarova Britaniyada baş nazirin seçilməsi prosesini tənqid edib. O, bu sistemi "Qərb demokratiyası adlanan zarafat" kimi qiymətləndirib.
Olaylar.az xəbər verir ki, Zaxarova bildirib ki, Britaniyanın siyasi liderləri birbaşa və ya yarıbirbaşa seçki yolu ilə hakimiyyətə gəlmirlər. Onun sözlərinə görə, hətta məktəblilərin sinif nümayəndələrini seçməsi daha şəffaf və birbaşa prosesdir.
Qeyd edək ki, Leyborist deputat Endi Bernhem iyulun 20-də vəzifəyə başlayaraq son on ildə Britaniyanın altıncı baş naziri olub. O, siyasi böhran fonunda istefa verən Keyr Starmeri əvəz edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31