ABŞ immiqrant vizası müraciətlərinin qəbulu dayandırılıb- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın administrasiyası dünya üzrə immiqrant vizası müraciətlərinin emalını müvəqqəti dayandırıb. Olaylar.az xəbər verir ki, "Financial Times"ın mənbələrə istinadən yaydığı məlumata görə, qərar konsulluq əməkdaşlarının dövlət yardımına ehtiyacı ola biləcək müraciətçilərin qiymətləndirilməsi ilə bağlı təlim keçməsi məqsədi daşıyır.
ABŞ Dövlət Departamenti bildirib ki, konsulluq əməkdaşlarının müraciətçiləri "hərtərəfli və ardıcıl" qiymətləndirməsi üçün qlobal təlim proqramı başladılıb. Departament vurğulayıb ki, viza müraciətçiləri ABŞ qanunvericiliyinə uyğun olaraq ictimai yük hesab edilməməli və ehtiyacı olan amerikalılar üçün nəzərdə tutulan dövlət yardımlarından asılı olmamalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31