ABŞ NATO-da müdafiə xərclərini artırmayan ölkələrə təzyiq göstərəcək- ÖZƏL

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Vaşinqton müdafiə xərclərini artırmaq öhdəliyini yerinə yetirməyən bütün NATO ölkələrinə təzyiq göstərməyə davam edəcək. Olaylar.az xəbər verir ki, o, "Fox News"a müsahibəsində hər bir müttəfiqin öz müdafiəsinə investisiya yatırmaq məsuliyyəti daşıdığını qeyd edib.
"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında müttəfiqlər irəliləyirlər. Bunu bacarmayanlara təzyiq göstərməyə davam edəcəyik", - deyə Uitaker bildirib.
NATO-nun şərq cinahına yaxın və ya uzaq yerləşməsindən asılı olmayaraq bütün üzv ölkələrin müdafiə xərclərini artırmalı olduğunu vurğulayan diplomat bildirib ki, ABŞ bu məsələdə vahid yanaşmanın tərəfdarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31