Şok iddia: Şoltsu Ukraynanın Aİ üzvlüyünə şərab içirərək razı salıblar- ÖZƏL
13:03 Dünyaİtaliyanın Ukraynadakı keçmiş səfiri Pyer Françesko Dzadzo bildirib ki, keçmiş baş nazir Mario Draqi və Fransa Prezidenti Emmanuel Makron 2022-ci ildə Almaniyanın keçmiş kansleri Olaf Şoltsu Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyə şərab vasitəsilə razı salıblar.
Onun sözlərinə görə, 2022-ci ilin iyununda Kiyevə səfər zamanı Şolts əvvəlcə bu məsələdə tam qərar verməmişdi. Dzadzo şərabın Şoltsun mövqeyinin dəyişməsində mühüm rol oynadığını deyib. Səfərdən sonra Şolts Ukraynanın Aİ-yə üzvlük planını dəstəkləyib.
Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31