Leyenə Rumıniyaya 770 milyon avro ayırmamaq çağırışı- ÖZƏL
10:51 DünyaAvropa Parlamentindəki iki siyasi qrupun rəhbəri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni Rumıniyada qanunun aliliyi ilə bağlı narahatlıqlara görə ölkəyə 770 milyon avro vəsait ayırmamağa çağırıb.
Olaylar.az xəbər verir ki, "Politico"nun məlumatına görə, Yenilənən Avropa qrupunun sədri Valeri Aye və Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber fon der Leyenə məktub göndərərək ödənişin Rumıniya demokratiyasına mənfi təsir göstərə biləcəyini bildiriblər.
Onlar Rumıniyada qanunun aliliyi ilə bağlı problemlərin araşdırılmasını və bu məsələdə tədbir görülməsini tələb ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31