İsrail ordusu Qəzzada HƏMAS-ın bölük komandirinin məhv edildiyini açıqlayıb
19:17 Dünyaİsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan Deyr əl-Balah batalyonunun bölük komandirinin öldürüldüyünü açıqlayıb.
Olaylar xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
"İsrail Müdafiə Qüvvələri Deyr əl-Bəlah bölgəsinə hava hücumu həyata keçirib və HƏMAS-ın hərbi qanadının Deyr əl-Bəlah batalyonunun bölük komandiri Şərif əl-Həsənatı öldürüb. O, Qəzza zolağında terror hücumlarına və HƏMAS-ın yeraltı obyektlərinin bərpası səylərinə rəhbərlik edib" - məlumatda qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31