Putin: Kiyev rejiminin təklifləri qəbuledilməzdir
19:15 DünyaRusiyanın Kiyev rejimindən aldığı təkliflər bəzən ekzotik və qəbuledilməzdir. Rusiya dialoqa hazırdır, amma yalnız reallıqlar əsasında.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin " Vesti" jurnalisti Pavel Zarubinlə müsahibəsində bildirib.
Verilən konkret "ekzotik təkliflər" barədə suala cavab olaraq Putin deyib: "Bilirsiniz, mən indi bu barədə danışmaq və ya ətraflı danışmaq istəməzdim, çünki bu, mümkün razılaşmaların müxtəlif sahələrinin sınağıdır. Onlar əvvəllər bu və ya digər şəkildə irəli sürülüb, amma indi, bu vəziyyətdə, fərqli şəkildə təqdim olunurlar. Lakin mümkün razılaşmaların əsasını təşkil edə biləcək şeylər barədə danışmaq hələ tezdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31