Mərkəzi Asiyada yanacaq krizi: Düşənbə Moskvadakı qıtlıq səbəbindən Tehrana üz tutdu

Tacikistan ənənəvi təchizatçısı olan Rusiyanın yanacaq qıtlığı ilə üzləşməsi fonunda İrandan 2,5 milyon metrik ton neft və neft məhsulları almaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Tacikistan Nəqliyyat Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Düşənbə rəsmi Tehrandan 2,55 milyon ton yanacaq tədarük edilməsini xahiş edib.

Bu xahişə 2 milyon ton xam neft, 150 min ton benzin, 300 min ton dizel və 100 min ton aviasiya yanacağı daxildir.

Tərəflər arasında nəqliyyat və logistika imkanlarının dəyərləndirilməsi istiqamətində danışıqların aparıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31