Tramp İrana qarşı dəhşətli sanksiya və iqtisadi müharibənin başlandığını elan etdi

Amerika administrasiyası İrana qarşı görünməmiş "iqtisadi müharibə və təcrid"ə başlayır.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da açıqlayıb: "Heç kim İrana razılığa gəlmək üçün məndən daha böyük fürsət verməyib. Təəssüf ki, onlar bundan yararlana bilmədilər. Buna görə də, bu gün mən indiyə qədər heç bir ölkəyə qarşı aparılmayan ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq".

Tramp qeyd edib ki, təşkilatları İranı dəstəkləyən ölkələr ABŞ-dan ağır iqtisadi nəticələrlə üzləşəcəklər: "Bu gün mən həmçinin maliyyə qurumlarına, müəssisələrinə, hava limanlarına və ya dövlət qurumlarına İrana hər hansı bir dəstək verməyə icazə verən hər hansı bir ölkənin ağır iqtisadi nəticələrlə üzləşəcəyini elan edirəm".

ABŞ Prezidenti İrana qarşı elan etdiyi "iqtisadi müharibə və təcrid"in başlanğıcını 6 iyun 1944-cü ildə müttəfiq qüvvələrinin Normandiyaya çıxdığı günlə - "D" günü enişi ilə müqayisə edib: "Bu, iqtisadi "D" günü olacaq və bütün müttəfiqlərimizin İran təhlükəsini təcrid etmək və məğlub etmək üçün ABŞ-ın yanında olması lazımdır".

"İran heç vaxt nüvə silahı əldə etməyəcək", - deyə prezident yekunlaşdırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31