Ali Rada: Fedorov yeni müdafiə nazirinin seçilməsinə mane olmağa çalışır- ÖZƏL
11:02 DünyaUkrayna Ali Radasının deputatı Aleksey Qonçarenko hesab edir ki, ölkənin keçmiş müdafiə naziri Mixaylo Fedorov parlamentin yeni müdafiə nazirinin seçilməsi ilə bağlı səsverməsini pozmaq üçün etiraz aksiyasına çağırış etməyə çalışır.
Olaylar.az xəbər verir ki, Qonçarenko bu barədə Telegram kanalında Fedorovun hazırkı hökuməti tənqid etdiyi və Ukraynada seçkilərin keçirilməsinin vacibliyindən danışdığı video müraciətinə münasibət bildirərkən yazıb.
Deputatın sözlərinə görə, videonun gecə saatlarında yayımlanması təsadüfi deyil. O hesab edir ki, Fedorov bu addımla Ali Radanın bugünkü iclasından əvvəl insanları yeni etiraz aksiyasına çıxmağa təşviq etmək istəyib.
Qonçarenko bildirib ki, Ali Rada bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə naziri vəzifəsinə irəli sürdüyü namizədə baxacaq.