Avrasiya Xartiyasının hazırlanması ilə bağlı danışıqların sentyabr ayında başlanması planlaşdırılır- ÖZƏL
13:43 DünyaXXI əsrdə Avrasiya Müxtəliflik və Çoxqütblülük Xartiyasının hazırlanması üzrə danışıqların rəsmi başlanğıcı 2026-cı ilin sentyabr ayında Nyu-Yorkda planlaşdırılır. Olaylar.az xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfiri Yuri Seliverstov məlumat verib. Onun sözlərinə görə, "müzakirə mərhələsi artıq praktik olaraq öz vəzifəsini yerinə yetirib" və "konkret sənəd hazırlamaq vaxtı gəlib çatıb".
"2026-cı ilin sentyabr ayında, BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avrasiya Xartiyasının hazırlanması üçün danışıqlar prosesinə rəsmi olaraq başlamaq üçün nazirlər səviyyəsində görüş planlaşdırılır", - deyə o, 21-ci əsrdə Müxtəliflik və Çoxqütblülük üzrə Avrasiya Xartiyası ilə bağlı dəyirmi masa müzakirəsində bildirib.