QƏRAR VERİLDİ - O da edam olunacaq
13:34 DünyaSuriya Dövlət İnformasiya Agentliyinin (SANA) məlumatına görə, Dəməşq məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi qəsdən adamöldürmə və işgəncələrdə - bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif edilən əməllərdə təqsirli bilərək ölüm cəzasına məkum edib.
Musavat.com xəbər verir ki, Dəməşq məhkəməsi avqustun 11-də Suriyanın keçmiş dövlət başçısı Bəşər Əsəd və onun ordunun 4-cü diviziyasına rəhbərlik etmiş kiçik qardaşı Mahir Əsəd barəsində də qiyabi olaraq ölüm hökmü çıxarıb.
"Məhkəmə təqsirləndirilən Vasim Əsədi bir neçə nəfəri qəsdən öldürməkdə, habelə bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi qiymətləndirilən işgəncə əməllərində günahkar bilib. Məhkəmə müqəssir Vasim Əsədin ölüm cəzasına məkum edilməsi barədə qərar çıxarıb", - deyə agentlik hakimlərdən Fəxr əd-Din əl-Eryanın sözlərindən sitat gətirir.
Məhkəmə, həmçinin məkum olunmuş şəxsin daşınar və daşınmaz əmlakının dövlət xəzinəsinin xeyrinə müsadirə olunması barədə qərar qəbul edib.