Polşa Ukraynaya “Patriot” raketləri vermək barədə qərar qəbul etməyib- ÖZƏL

Polşa hakimiyyəti ABŞ istehsalı "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya mümkün təhvil verilməsi ilə bağlı hələ qərar qəbul etməyib. Olaylar.az xəbər verir ki, Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik "Radio Zet"ə müsahibəsində bildirib ki, hazırda belə bir qərar yoxdur. Onun sözlərinə görə, qərar qəbul edilsə belə, bu barədə məlumat məxfi saxlanıla bilər.
Tomçik qeyd edib ki, əvvəlcə Baş Qərargah belə bir köçürmənin mümkünlüyünü qiymətləndirir, daha sonra müdafiə naziri tövsiyə verir və məsələ Nazirlər Şurasına təqdim olunur. Son qərar isə hökumət səviyyəsində qəbul edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31