Heqset vəzifəsini itirə bilər: Trampı qəzəbləndirən SƏBƏB

ABŞ müdafiə naziri Pit Heqset istefa həddinə çatıb. Musavat.com xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, buna İranla bağlı münaqişədə yaranmış durğunluq, KİV-lərdə yayılan çoxsaylı mənfi xəbərlər, həmçinin "Abraham Lincoln" təyyarədaşıyan gəmisindəki vəziyyət səbəb olub.

Gəminin heyəti ərzaq çatışmazlığı və pis sanitar şəraitlə üzləşir.

Nəşrin mənbəsi bildirib ki, İran məsələsində "qətiyyətli irəliləyişin" əldə olunmaması ABŞ prezidenti Donald Trampı xüsusilə qəzəbləndirib.

Bundan əvvəl Heqset Konqresdəki respublikaçıları qanunvericilərin məzuniyyətə çıxmasından əvvəl rekord həcmdə - 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin təsdiqlənməsinə razı sala bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31