Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qaldı: Rekord say

Moskva və ətrafında son iki ilin ən genişmiqyaslı dron hücumlarından biri qeydə alınıb.Milli.Az xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat yayıb.Onun sözlərinə görə, avqustun 17-si axşamından 18-i səhər saatlarınadək Moskva istiqamətində uçan 620 pilotsuz uçuş aparatı qeydə alınıb. Onlardan 180-nin Moskva vilayətinin ərazisində vurulduğu bildirilib.Hücum nəticəsində Moskva vilayətində 10 yaşlı uşaq da daxil olmaqla, üç nəfərin xəsarət aldığı qeyd olunub. Bundan başqa, Boqorodsk dairəsində yerləşən "Wildberries" anbarında yanğın baş verdiyi açıqlanıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox dronun məhv edildiyini bildirib.

Hadisə ilə bağlı bölgələrdə vəziyyətin və dəyən ziyanın qiymətləndirilməsi istiqamətində işlərin aparıldığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31