Smotriç: İsrail Qəzzanı tamamilə ələ keçirməlidir- ÖZƏL

İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzza zolağının tamamilə İsrailin nəzarətinə keçməli olduğunu bildirib. Olaylar.az xəbər verir ki, o, İsrailin Qəzzada hərbi hakimiyyət qurmalı və yəhudi yaşayış məntəqələri salmalı olduğunu deyib. Smotriç həmçinin ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 maddəlik planını tənqid edib.
Nazir İsrail hökumətini fələstinlilərin Qəzzadan könüllü köçünü təşviq etməyə də çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31