Norveç kralı xəstəxanaya yerləşdirildi
10:37 DünyaNorveç kralı V Harald xəstəxanaya yerləşdirilib.Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Norveç kral sarayı bildirib ki, 89 yaşlı monarx qırmızı qan hüceyrələrinin vaxtından əvvəl məhv olması ilə xarakterizə olunan hemolitik anemiya ilə mübarizə aparır.
Kral sarayından verilən açıqlamaya görə, Norveç kralı V Harald iki həftəlik xəstəlik məzuniyyətinə göndərilib. Bu müddət ərzində vəliəhd şahzadə Haakon regent vəzifəsini icra edəcək.
Sarayın açıqlamasında deyilir: "Son həftələrdə Kral kortizonla müalicə olunub. Bu, bədəndə mayenin tutulmasına səbəb olub və bu da xəstəxana müalicəsini tələb edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31