Hindistan: BRICS ekoloji problemlərinin həllində effektiv platformaya çevrilib- ÖZƏL
11:32 DünyaOlaylar.az xəbər verir ki, BRICS-ə sədrlik edən Hindistanın Ətraf Mühit, Meşələr və İqlim Dəyişikliyi nazirinin müavini Tanmay Kumar bildirib ki, təşkilat kritik ekoloji problemlərin həlli üçün effektiv platformaya çevrilib.
Onun sözlərinə görə, BRICS-in əməkdaşlıq gündəliyi çirklənmə, biomüxtəlifliyin itirilməsi və qlobal istiləşmə ilə yanaşı, davamlı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyatı da əhatə edir.
Hindistanın sədrliyi dövründə BRICS çərçivəsində davamlı dolanışıq, meşələrin bərpası, meşə yanğınları ilə mübarizə və təbii fəlakətlərə dayanıqlığın artırılması üzrə əməkdaşlıq prioritet elan edilib.
BRICS Ətraf Mühit Nazirlərinin 12-ci görüşü avqustun 17-də Yeni Dehlidə başlayır. Rusiya nümayəndə heyətinə Təbii Sərvətlər və Ətraf Mühit nazirinin müavini Dmitri Tetenkin rəhbərlik edir.