Ekspert: Dünyada yeni çoxqütblü təhlükəsizlik arxitekturası formalaşır- ÖZƏL

Taylandlı beynəlxalq münasibətlər eksperti Krissada Phromvekin sözlərinə görə, dünyada yeni çoxqütblü təhlükəsizlik arxitekturasının formalaşması artıq gələcək trend deyil, reallıqdır. Olaylar.az xəbər verir ki, ekspert bildirib ki, ABŞ-ın qlobal təsiri nisbətən azalır, Çin, Rusiya və BRICS ölkələrinin rolu isə artır. Onun fikrincə, bu proses orta güclərə və inkişaf etməkdə olan dövlətlərə daha müstəqil xarici siyasət yürütmək imkanı yaradır.
Phromvek qeyd edib ki, Tayland ABŞ-la təhlükəsizlik tərəfdaşlığını qorumaqla yanaşı, Çinlə iqtisadi, siyasi və strateji əlaqələrini də genişləndirməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31