Tayland Rusiya ilə tərəfdaşlığı gücləndirməyi planlaşdırır- ÖZƏL

Tayland 2027-ci ildə Rusiya ilə diplomatik münasibətlərin qurulmasının 130-cu ildönümü münasibətilə iki ölkə arasında tərəfdaşlığın daha da gücləndirilməsini gözləyir. Olaylar.az xəbər verir ki, bu barədə Taylandın Baş nazirinin müavini və xarici işlər naziri Sihasak Phuangketkaeş İkitərəfli Əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasından sonra TASS-a müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, yubiley çərçivəsində iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş çoxsaylı tədbirlərin, görüşlərin və qarşılıqlı səfərlərin keçirilməsi planlaşdırılır. "Tərəfdaşlığımızı qeyd etməyin ən yaxşı yolu onu gücləndirməkdir. Buna görə də ümid edirik ki, gələn il, diplomatik münasibətlərin 130 illiyi ilində ölkələrimiz arasındakı münasibətləri gücləndirəcək bir çox tədbirlər, görüşlər və səfərlər keçirəcəyik",- deyə Phuangketkaeş vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31