Gürcü müxalifətçi Abxaziyaya gizli yanacaq tədarükü ilə bağlı hakimiyyətə suallar ünvanlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki,"Qaxariya Gürcüstan naminə" Partiyasının liderlərindən olan Berdiya Siçinava Abxaziyaya yanacaq tədarükünün gizli şəkildə həyata keçirilməsini ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi üçün həyəcan siqnalı adlandırıb. O vurğulayıb ki, bu tədarükün humanitar məqsədlərlə, yoxsa ticarət yükü kimi işğal xəttindən keçirildiyi, eləcə də yanacağın Rusiyanın cənub regionları və müharibə ehtiyacları üçün istifadə olunub-olunmadığı aydınlaşdırılmalıdır. 

Siçinava Baş nazir İrakli Kobaxidzenin bu addımlarla Gürcüstanı Rusiyanın tərəfində müharibəyə cəlb etməsi ehtimalını da qeyd edərək hakimiyyətdən təcili izahat tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31