Ermənistan Aİ ilə vizasız rejim üzrə ilk hesabatı alıb – ÖZƏL
12:53 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin nümayəndəsi Armen Kazaryan bildirib ki, ölkəsi Avropa İttifaqı ilə vizaların liberallaşdırılması üzrə Fəaliyyət Planının icrasına dair ilk tərəqqi hesabatını alıb. Hesabatda Ermənistanın atdığı addımlar müsbət qiymətləndirilib və İrəvana 53 tövsiyə təqdim olunub.
Kazaryanın sözlərinə görə, həmin tövsiyələrin icrası üçün nəzərdə tutulan 113 tədbirin yarıdan çoxu artıq həyata keçirilib. İlkin mərhələnin qanunvericilik və müvafiq siyasətin hazırlanmasını əhatə etdiyini vurğulayan rəsmi şəxs, işlərin ilin sonunadək yekunlaşacağına ümid etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31