Britaniya donanmasının ticarət gəmilərini qorumaq imkanları azalıb- ÖZƏL
12:40 DünyaBritaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı admiral Alan Vest donanmanın ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək imkanlarının zəiflədiyini bildirib.
Vestin sözlərinə görə, ardıcıl hökumətlərin apardığı ixtisarlar nəticəsində Britaniya donanması tarixinin ən kiçik səviyyəsinə enib. Hazırda donanmanın iki təyyarədaşıyan gəmisi, altı esminesi və beş freqatı var.
Olaylar.az xəbər verir ki, Admiral qeyd edib ki, donanmanın mövcud imkanları dünya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün kifayət deyil. O, 30 il əvvəl eyni sularda daha çox hərbi gəminin patrul etdiyini xatırladıb.
Vest həmçinin Britaniyanın nüvə sualtı qayıqlarının sayının da azaldığını və dörd "Vanguard" sinifli sualtı qayıqdan yalnız birinin daim nüvə silahı ilə döyüş növbəsində olduğunu bildirib.