Gürcü politoloq Abxaziyaya yanacaq tədarükündə hakimiyyəti ittiham edib – ÖZƏL
12:22 DünyaOlaylar.az xəbər verir ki, iqtisadçı Roman Qotsiridze bildirib ki, Gürcüstan hakimiyyəti Abxaziyaya yanacaq tədarükü maxinasiyasında xüsusi rejimli bir MMC-dən istifadə edib. Onun sözlərinə görə, kiçik bir şirkətin bu həcmdə yanacağa malik olması şübhə doğurur və əsl tədarükçünün sanksiyalardan yayınmağa çalışan iri bir Gürcüstan neft şirkəti olması istisna edilmir.
Qotsiridze vurğulayıb ki, "Gürcü Arzusu" hakimiyyəti separatçı rejimə kömək edərək bu addımı birbaşa Rusiyanın tapşırığı ilə həyata keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31