Ukrayna Rusiyanın mühüm limanını vurdu - Təzə bərpa etmişdilər
12:15 DünyaUkrayna Rusiyanın Leninqrad vilayətinə kütləvi dron hücumu həyata keçirir.
Musavat.com xəbər verir ki, vilayətin qubernatoru Aleksandr Drozdenko dron hücumu nəticəsində Ust-Luqa limanına ziyan dəydiyini, limanda yanğın başladığını açıqlayıb: "Leninqrad vilayətində düşmənin 51 dronu vurulub. Ust-Luqa limanında yanğının söndürülməsi üçün qüvvələr cəlb olunub".
Dron hücumu ilə əlaqədar Sankt-Peterburqun Pulkovo hava limanı saat 3:03-dən etibarən razılaşma əsasında uçuşlara keçib.
Hazırda Ukraynanın vilayətə hücumu davam edir.
Qeyd edək ki, Ust-Luqa Rusiyanın Qara dənizdən kənarda ən böyük limanlarından, neft ixracı infrastrukturlarından biridir. Aprel ayında Ukrayna limana bir neçə uğurlu zərbə endirərək, onun fəaliyyətinin dayandırılmasına nail olmuşdu. Limanda bərpa işlərinin bir neçə həftə əvvəl başa çatdığı açıqlanmışdı.