Erməni deputat soyqırımı iddiasından imtina cəhdlərini tənqid edib – ÖZƏL
11:53 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin "Ermənistan" bloku fraksiyasının deputatı Geqam Manukyan bildirib ki, qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması prosesini nə konstitusiya dəyişiklikləri, nə də Ankara və Bakının "təzyiqləri"( kursiv bizimdir-red) ilə dayandırmaq mümkündür".
Deputatın sözlərinə görə, bu mövzu Ermənistanın xarici siyasətində mühüm rol oynayır və hakimiyyətin onu gündəlikdən çıxarmaq cəhdləri faydasızdır. O vurğulayıb ki, İrəvanın inzibati qərarları erməni diasporunun illərdir apardığı işin qarşısını ala bilməz.
Manukyan həmçinin əlavə edib ki, xarici təzyiqlər altında Müstəqillik Bəyannaməsinə yenidən baxılması və milli tələblərdən imtina edilməsi ölkənin suverenliyinə ciddi zərbə vurur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31