Ermənistanın Rusiya iqtisadiyyatından asılılığı rekord həddə çatıb – Müxalifət – ÖZƏL
11:31 DünyaOlaylar.az xəbər verir ki, avqustun 14-də parlamentdə İqtisadi məsələlər daimi komissiyasının sədr seçkisi zamanı "Güclü Ermənistan" müxalifət blokunun deputatı Hayk Farmanyan bildirib ki, fəaliyyətdə olan hakimiyyətin rəhbərliyi dövründə ölkə Rusiya iqtisadiyyatından son dövrlərin ən böyük asılılığına düşüb.
Deputat hakim "Mülki müqavilə" partiyasından olan namizəd Babken Tunyana müraciət edərək vurğulayıb ki, 2017-ci ildə Rusiya ilə Ermənistan arasında ümumi ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edirdisə, 2025-ci ildə bu göstərici 4 dəfə artaraq rekord səviyyəyə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31