Suzuki: Putinin Kuril adaları ilə bağlı sözləri tarixi faktlarla uyğundur- ÖZƏL

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) parlamentin yuxarı palatasındakı üzvü Muneo Suzuki Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının cənub hissəsi ilə bağlı açıqlamalarının tarixi faktlarla uyğun olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, Suzuki öz bloqunda qeyd edib ki, Putin Kuril adalarının cənub hissəsi ilə bağlı Yaponiyanın ərazi iddialarının İkinci Dünya müharibəsinin nəticələrindən irəli gəldiyini və bunun beynəlxalq sənədlərdə təsbit olunduğunu vurğulayıb.
Yaponiyalı senator Putinin bu fikirlərinin tarixi faktlara uyğun olduğunu etiraf edib.
Suzuki həmçinin Putinin Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe ilə münasibətlərinin yaxşı olduğunu xatırlatmasını diqqətə çatdırıb. O bildirib ki, bunu Yaponiyanın hazırkı Baş naziri Takaiçinin Abe ilə bağlı təcrübəni nəzərə alması üçün bir çağırış kimi qəbul edib.
Senatorun sözlərinə görə, Rusiya ilə Yaponiya arasında münasibətlər məhz Şinzo Abenin hakimiyyəti dövründə daha yaxşı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31