Paşinyanın qurduğu yeni hökumət fəaliyyətə başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra formalaşdırdığı yeni hökumət rəsmən fəaliyyətə başlayıb.Nazirlər Kabinetinin hazırkı tərkibdə ilk iclası hökumətin rəsmi "YouTube" kanalında canlı yayımlanıb. İlk iclasın gündəliyinə 60 məsələ daxil edilib. İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş müqaviləsi" partiyası səslərin 49,7 faizini, iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,2 faizini, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" bloku isə 9,9 faizini toplayıb. Seçkilərin nəticələrinə əsasən, "Vətəndaş müqaviləsi" partiyası Ermənistanın yeni hökumətini təkbaşına formalaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31