Ermənistan müxalifəti hakim partiyanın namizədlərinin səsverməsini boykot edir – ÖZƏL
14:01 DünyaErmənistanın müxalif "Ermənistan" blokunun parlament fraksiyası Dövlət-hüquq məsələləri daimi komissiyasının sədri vəzifəsinə Arusyak Culhakyanın namizədliyi üzrə keçiriləcək səsvermədə iştirak etməyəcək.
Olaylar.az xəbər verir ki, bu barədə avqustun 12-də Milli Məclisin iclasında fraksiya rəhbəri Anna Qriqoryan bəyan edib. O, həmçinin əlavə edib ki, müxalifət fraksiyası hakim "Mülki müqavilə" partiyası tərəfindən irəli sürülən digər namizədlər üzrə səsvermələri də boykot edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31