ABŞ-da ICE əməkdaşlarına elektrik şoklu əlcəklər veriləcək- ÖZƏL

ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşların saxlanılan şəxslərin müqavimətini yatırması üçün elektrik şoku verə bilən minlərlə əlcək almağı planlaşdırır. Olaylar.az xəbər verir ki, Associated Press-in məlumatına görə, ICE 2027-ci ilə qədər bu məqsədlə 20 milyon dollara qədər vəsait xərcləyəcək. Kentukkidə yerləşən "Compliant Technologies" şirkətinin istehsal etdiyi GLOVE adlı əlcəklər adi patrul əlcəklərinə bənzəyir və düymə vasitəsilə aktivləşdirilir.
Bu əlcəklər artıq ABŞ-ın bəzi həbsxana və polis bölmələrində istifadə olunur. Mütəxəssislər cihazın təsirini qəfil və ağrılı elektrik stimulu kimi qiymətləndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31