Ermənistan parlamentində Katolikos gərginliyi: Deputatlar masaları döyəcləyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisində müxalif "Ermənistan" fraksiyasının deputatı Kristine Vardanyan çıxışı zamanı Bütün Ermənilərin Katolikosu II Qareginin adını çəkərkən hakim "Mülki Müqavilə" partiyasının üzvləri masaları döyəcləyərək etiraz ediblər. Müxalifətçilərin alqışlarla cavab verdiyi insident vitse-spiker Ruben Rubinyanın müdaxiləsindən sonra dayandırılıb. Bir qədər əvvəl isə müxalifətçilər hakim partiyadan olan Arusyak Culhakyanın kilsə rəhbərinin dünyəvi adını çəkməsinə oxşar reaksiya vermişdilər.

Gərginlik kilsə və hakimiyyət arasındakı qarşıdurma fonunda baş verir; belə ki, İstintaq Komitəsi hakimiyyəti dəstəkləyən episkop Gevork Saroyanı din xadimliyindən məhrum etdiyi üçün II Qaregin və Ali Dini Şuranın 6 üzvünə qarşı məhkəmə qərarını icra etməmək maddəsi ilə cinayət işi qaldırıb. Avqustun 7-də Eçmiədzində keçirilən ilk məhkəmə iclasında erməni kilsəsinin rəhbəri şəxsən iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31