Ermənistan KTMT-nin səs hüququnu ala biləcəyi qərarını nəzərə alacağını bildirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı səs hüququndan məhrum edilməsi ehtimalına münasibət bildirib. O qeyd edib ki, İrəvan Təşkilatdakı iştirakını dondurub və bu mövqedən geri dönmək fikrində deyil, tərəfdaşların qərarı isə sadəcə nəzərə alınacaq.

Ermənistanın KTMT-dəki səlahiyyətlərinin məhdudlaşdırılması məsələsi noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər. Rusiya XİN-in məlumatına görə, buna səbəb İrəvanın üzvlük haqqını ödəməməsidir. Ermənistan tərəfi isə təşkilatı 2021-2023-cü illərdəki hadisələrə lazımi reaksiya verməməkdə və müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31