Qırğızıstanda Rusiya ilə birgə təlimlər başlayıb- ÖZƏL
12:32 DünyaOlaylar.az xəbər verir ki, Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İssık-Kul gölünün sahilindəki Balıqçı şəhərində Rusiya-Qırğızıstan birgə "Mərkəz-2026" taktiki təlimi başlayıb.
Nəşrdə deyilir: "11 avqust 2026-cı il tarixində 20636 saylı hərbi hissədə "Mərkəz-2026" birgə taktiki təliminin açılış mərasimi keçirilib".
Mətnə görə, mərasimdə təlimin rəhbəri polkovnik Almazbek Kojoşev, Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi kontingenti, 201-ci hərbi bazanın komandir müavini qvardiya polkovnik-leytenantı Dmitri Lakeev və Balıqçı meriyasının rəhbəri Gülnarə Kukeeva iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31